İraqın şimalındakı sığınacaq düşərgəsindən qaçan PKK terrorçusu Haburdakı sərhəd məntəqəsinə təslim olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Silahlı Qüvvələrimizin terror təşkilatı PKK-ya qarşı əməliyyatları artan templə davam etdikcə təşkilatın parçalanması da sürətlənir. İraqın şimalındakı sığınacaq düşərgəsindən qaçan PKK terrorçusu Haburdakı sərhəd məntəqəsinə təslim olub”, - məlumatda vurğulanıb.