Latviyanın xarici işlər naziri Krişyanis Karinş rusiyalı diplomatlardan birini "persona non-qrata" elan edib.
"Unikal" xəbər verir ki, nazirliyin rəsmi saytında dərc olunan məlumata görə, ona aprelin 10-dək ölkəni tərk etmək əmri verilib.
"Latviya Respublikasının Xarici İşlər Naziri Rusiya səfirliyinin diplomatlarından birini "persona non-qrata" elan etmək qərarına gəlib. Rusiya diplomatı aprelin 10-na qədər qədər Latviyanı tərk etməlidir", - deyə məlumatda deyilir.
Nuranə Abbasova