Ermənistanda “Armenian Report”un jurnalisti Ani Xaçatryan polis tərəfindən saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə media qurumu məlumat yayıb.
Qeyd olunub ki, jurnalist Doxadan olan digər 2 müxbirlə birgə Azərbaycana qaytarılmalı olan Tavuş vilayətinin Əskipara kəndinə gedərkən tutulublar.
Onlar polis bölməsində 6 saatlıq dindirilmədən sonra sərbəst buraxılıb. Lakin Əskiparaya keçmələrinə icazə verilməyib.
Qeyd edək ki, bundan bir neçə gün öncə "Döyüş Qardaşlığı" birliyinin 50-yə yaxın üzvü Əskiparaya gedərkən saxlanılıblar. Onlardan bəziləri qanunsuz silah gəzdirdiklərinə görə həbs edilib.
Ağarza Elçinoğlu
Ermənistan polisi Azərbaycana qaytarılacaq Əskipara kəndinə jurnalistlərin daxil olmasını məhdudlaşdırıb.
— Unikal.az (@UnikalOrgPortal) March 28, 2024
Tabe olmaq istəməyən jurnalist saxlanılıb. pic.twitter.com/gqYWIGNpl5