Rusiya Federal Təhlükəsizlik Xidməti Xerson vilayəti üzrə terror aktları hazırlamaqda şübhəli bilinən Aleşki kənd sakinlərini saxlayıblar.

"Unikal" xəbər verir ki, bu barədə FTX-nin mətbuat xidməti  məlumat yayıb. 

Məlumata görə, onların hədəfi hakimiyyət və təhlükəsizlik qüvvələrinin nümayəndələri olub.

Bildirilir ki, 2022-ci ilin avqustunda saxlanılan şəxs Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşı tərəfindən işə götürülüb. O, mina partlayıcıları üzrə təlim keçib və terror aktları törətməyi planlaşdırıb.

“Şübhəlinin yaşadığı evdə aparılan axtarış zamanı 1 əldəqayırma partlayıcı qurğu və ABŞ istehsalı olan iki piyada əleyhinə mina (M18A1 Claymore) ələ keçirilib”, - deyə məlumatda bildirilir.