Rəsmi Vaşinqton ABŞ-nin "Crocus City Hall"da terror aktı təhlükəsi barədə qabaqcadan Rusiyanı məlumatlandırıb.
"Unikal" xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Martın 22-də baş verən hücumdan əvvəl ABŞ Rusiya hakimiyyətinə terror təhlükəsi ilə bağlı aydın və ətraflı məlumat verib”, - deyə Kirbi qeyd edib.
Bundan əvvəl Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov ABŞ-nin Rusiyaya terror aktları ehtimalı ilə bağlı ümumi məlumat ötürdüyünü bildirərək, Rusiya tərəfinin bunu nəzərə aldığını qeyd edib.