Cənubi Afrika Respublikasının (CAR) Limpopo əyalətində avtobusun körpüdən aşaraq alışması nəticəsində azı 45 nəfər ölüb.

"Unikal" xəbər verir ki, Mokopane və Marken arasındakı dağ keçidində avtobus idarəetmədən çıxaraq aşıb.

Avtobusun qəzaya uğraması nəticəsində yalnız səkkiz yaşlı bir qız sağ qalıb və xəstəxanaya aparılıb. Daha bir qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.