Braziliyaya səfər edən Fransa prezidenti Emmanuel Makronun Braziliya lideri Luiz İnasio Lula da Silva ilə dostluğu medianın diqqətini çəkib.

"Unikal" xəbər verir ki, Makron və Lulanın Amazon meşəsində əl-ələ gəzdiyi, günəşin altında qayıqda gülümsədiyi, selfi çəkdirdiyi və tez-tez qucaqlaşdığı fotoları Braziliya mətbuatında “toy albomu” kimi qələmə verilərək lağ mövzusuna çevrilib. 

Sosial mediada bu zarafatlara qoşulan Makron "La La Land" filminin posteri olaraq Lula ilə əl-ələ tutduğu şəklini paylaşıb.

Baş rollarda Rayan Qoslinq və Emma Stounun çəkildiyi romantik filmə toxunan Makron, "Kimsə bizim şəkillərimizi evliliklə müqayisə edib. Bu, evlilik idi: Fransa Braziliyanı, Braziliya Fransanı sevir" qeydini paylaşaraq Lulanı işarələyib.

Gülayə Mecid