Moldova səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, rusiyalı diplomatın ölkədən çıxarılması və nümayəndə heyətinin BMT-nin Aqrar və Kənd Təsərrüfatı Təşkilatının sessiyasına buraxılmaması ilə bağlı ona qarşı etiraz edilib.

Rusiya Federasiyası cavab tədbiri olaraq Moldovanın Moskvadakı səfirliyinin əməkdaşını ölkədən çıxarır.