"Rusiya fəal şəkildə yeni böyük hücuma hazırlaşır. Bu hücumu 2024-cü ilin iyununda gözləmək lazımdır".

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski CBS telekanalına müsahibəsində deyib. 

“Tərəfdaşlar bəzən çox sevinirlər ki, biz cəbhədəki vəziyyəti sabitləşdirmişik, deyirlər ki, yaxşı, gücünüz var. Biz deyirik ki, yox, bizim torpaqlarımız uğrunda döyüşməli olacaq briqadaları hazırlamaq üçün indi köməyə ehtiyacımız var, xüsusən də Rusiyanın başlamağa hazırlaşdığı əks-hücum zamanı”, - deyə Zelenski qeyd edib.

O, həmçinin vurğulayıb ki, paritetə ​​nail olmaq üçün Ukraynaya hava hücumundan müdafiə və artilleriya mərmiləri, eləcə də daha çox artilleriya lazımdır.