Serbiya dövləti və xalqı daim böyük təzyiq altındadır.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç xalqa müraciəti zamanı deyib.
"Bu da respublikanın hərbi neytrallığı və anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina etməsini nəzərdə tutan müstəqil siyasəti ilə izah olunur. Söhbət Serbiya və onun xalqına bir ümumi təzyiqdən gedir”, - deyə Vuçiç bildirib.