İnanıram ki, məqsədyönlü mübarizə, real gündəm və yanaşmalarla Ermənistanı çirkin və alçaldıcı həll yollarından xilas edə bilərsiniz.
"Unikal" xəbər verir ki, bunu erməni politoloq Suren Surenyantsin hazırkı Baş nazir Nikol Paşinyan hökumətinin devrilməsi yönümlü çıxışında deyib.
O, qeyd edib ki, bunun üçün cəmiyyət populizm və avantürizmi, əcnəbilərə arxalanmaq vəsvəsəsini və xilaskar axtarışını rədd etməlidir: "Xarici və daxili həllər nə olursa olsun, biz iki halı gözardı edə bilmərik: Ermənistan artıq 2018-ci ildən əvvəlki kimi ola bilməz, Ermənistan artıq 44 günlük müharibədən əvvəlki kimi ola bilməz".
O, insanları 6 apreldə Aznavur meydanında mitinqə dəvət edib.
Ağarza Elçinoğlu