Gürcüstanda eyni vaxtda iki zəlzələ baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Geoloji Elmlər İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 17:44-də 4,8 bal gücündə birinci, saat 17:50-də isə 4,0 bal gücündə ikinci zəlzələ qeydə alınıb.
Zəlzələnin episentri Gürcüstanın qərbində, Oni şəhərindən cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 5 km dərinlikdə olub.
Ağarza Elçinoğlu