Onilliklər ərzində Avropada sülh çox mühüm prinsipə əsaslanır: sərhədlər zorla dəyişdirilməməlidir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts almanlara müraciətində deyib.
O, Ukraynaya dəstək lazım olduğunu xatırladıb: "Vladimir Putinin Rusiyası bu prinsipi pozdu. Ədalət olmadan sülh olmaz. Ona görə də biz Ukraynanı ədalətli sülh uğrunda mübarizəsində dəstəkləyirik".
Şolts əlavə edib ki, Ukraynaya dəstək Almaniyanın təhlükəsizliyi üçün də vacibdir.
Ağarza Elçinoğlu