Moskva yaxınlığındakı "Crocus City Hall"da törədilən terror aktı nəticəsində 134 nəfərin şəxsiyyətini müəyyənləşdirib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, şəxsiyyəti məlum olmayan şəxslər üzərində genetik müayinə aparılır.
Qeyd olunur ki, müstəntiqlər, kriminalistlər və ekspertlərin işi gecə-gündüz aparılır. Həmçinin təqsirləndirilən şəxslərlə birlikdə cinayət yerində də istintaq hərəkətləri həyata keçirilir.
Ağarza Elçinoğlu