Ermənistan Azərbaycanla sərhəddə qoşun toplamağa başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistandakı rus mənbələr videogörüntülər dərc edib. Toplanışın hazırda işğalda olan Naxçıvanın Kərki kəndi istiqamətində olduğu deyilir.
Qeyd olunub ki, Ermənistan-Azərbaycan sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının, o cümlədən artilleriya qurğularının və zirehli texnikasının intensiv cəmləşməsi qeydə alınıb.
Ötən ilin sentyabrından bura Ermənistan hərbçilərinin belə fəallığı müşahidə olunmayıb.
Ağarza Elçinoğlu
❗️Ermənistan Azərbaycanla sərhədə qoşun toplayır. pic.twitter.com/kUybec0mb8
— Unikal.az (@UnikalOrgPortal) March 30, 2024