Dağıstanda qar uçqunu nəticəsində Elbok kəndinin yolu bağlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Qeyd olunub ki, yeganə yol hazırda bağlıdır: "Sakinlər qaynar xəttə zəng vurublar, bundan sonra rayon rəhbərliyi hadisə yerinə gəlib, lakin səlahiyyətlilər heç nə etməyib, uçqunun fəsadlarına baxıblar. Ən yaxın məktəb 5 kilometr, yerli xəstəxana 12 kilometr, mərkəzi rayon xəstəxanası 25 kilometr aralıdadır".
Məlumata görə, uçqun kütləsinin həcmi 1 milyon kubmetrdir.
Ağarza Elçinoğlu