Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzillərini sataraq dələduzluq və hakerlikdə təqsirli bilinən Rəsulov Mahir Mehman oğlunun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.
“Unikal”ın əldə etdiyi məlumata görə, 38 nəfərin zərərəçəkmiş qismində tanındığı cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.
Qeyd edək ki, Mahir Mehman oğlu Rəsulov özünü İT şirkətinin rəhbəri kimi təqdim edib, vətəndaşları MİDA-nın tikdiyi binalardan asanlıqla mənzil ala biləcəyinə inandırıb. Onun dostu Rəfael adlı şəxs də özünü vəzifəli şəxsin qohumu kimi təqdim edib, 38 nəfərin 300 min manata qədər pulunu mənimsəyiblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət işi başlanıb.
Azər İsrafilov