Bu gün Azərbaycanın daha üç cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq.
"Unikal" xəbər verir ki, yarışın sonuncu günündə Vüqar Talıbov (90 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikidi +100 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, turnirdə daha əvvəl Azərbaycanın 6 cüdoçusu qüvvəsini sınayıb. Yalnız Rəşid Məmmədəliyev (73 kq) gümüş medal qazanıb.