"Türkiyədə bələdiyyə seçkilərinin nəticələri müxalifətin gözləntilərini üstələdi və siyasi zəlzələ oldu".

"Unikal" xəbər verir ki,  bun Rusiya-Türkiyə münasibətləri üzrə ekspert Hakan Aksay "RİA Novosti"yə açıqlamasında deyib. 

"Bu seçki sürprizlərlə doludur. Müxalifət iddialı idi və may ayına nisbətən daha uğurlu çıxış etmək niyyətində idi, lakin indiki nəticə müxalifətin gözləntilərindən qat-qat yüksək, hakimiyyətin gözləntilərindən aşağıdır. Bu seçkilər Türkiyə üçün siyasi zəlzələyə, hətta sunamiyə çevrilib", - deyə Aksay bildirib.

Eksoert, Ərdoğan partiyasının son bələdiyyə seçkilərində istənilən nəticəni ala bilmədiyini vurğulayıb. 

Gülayə Mecid