“Barselona”nın vitse-prezidenti Rafa Yuste mövsümün sonunda baş məşqçi Xavini komandada saxlamağa çalışacağını bildirib.
"Unikal" xəbər verir ki, klub rəsmisi AS-a açıqlamasında deyib:
“Arzu edirəm ki, Xavi klubda qalsın. Buna həm də ümid edirəm. Onunla uzunmüddətli layihəni müzakirə edirik və 1-2 mövsümdən danışmırıq. Biz Xavini klubda qalmağa inandırmağa çalışacağıq. Lakin hər şey ondan asılıdır”.
Xatırladaq ki, Xavi yanvar ayında mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı. Onun komandası hazırda La Liqanın turnir cədvəlində 30 matçdan sonra 67 xalla 2-cidir və lider “Real”dan 8 xal geri qalır.