Balakən şəhərinin 28 May küçəsində ümumi sahəsi 1200 kv/m olan kömür istehsalı sexində yanğın olub.
"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, hadisə nəticəsində sexin dam örtüyünün 100 kv/m-lik səhəsinin yanar konstruksiyaları yanıb.
Sexin qalan hissəsi və içərisindəki avadanlıqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.