"Mançester Siti" 58 oyunda ilk dəfə doğma meydanda qol vura bilməyib.
"Unikal" xəbər verir ki, İngiltərə Premyer Liqasının 30-cu turunun mərkəzi oyununda “Mançester Siti” “Arsenal”la üz-üzə gəlib. Oyun 0:0 hesabı ilə başa çatıb. "Şəhərlilər"in 57 oyunluq qol seriyası bu görüşdə kəsilib.
Bu seriya 754 gün davam edib. Qvardiolanın komandası sonuncu dəfə 2022-ci ildə Çempionlar Liqasının 1/8 final mərhələsinin “Sportinq”lə cavab oyununda "Etihad"da (0:0) qol vura bilməyib.
Hazırda "Mançester Siti" İngiltərə çempionatının turnir cədvəlində 64 xalla üçüncü pillədə qərarlaşır. “Liverpul” 67 xalla turnir cədvəlinə liderik edir. “Arsenal” 65 xalla ikinci yerdədir.