Emin Ağalarov "Crocus City Hall"da 144 nəfərin ölümü ilə nəticələnən dəhşətli terror aktından sonra geniş müsahibə verib.

"Unikal" xəbər verir ki, Emin terror aktı ilə bağlı bütün sualları cavablandırıb.

O, ilk atəş səslərindən 30-40 dəqiqə sonra faciə yerində olduğunu və baş verənlərin dəhşətini öz gözləri ilə gördüyünü deyir. O, xüsusi təyinatlılara insanları təxliyə etməyə kömək edib.

Emin bildirib ki, heç filmlərdə belə bu qədər ölü görməmişdi.

Bundan əlavə, o, yanğınsöndürmə sisteminin niyə işə düşmədiyini açıqlayıb, həmçinin konsert zalının daim nəzarətdə olduğunu və mütəmadi olaraq yoxlanıldığını bildirib.

O qeyd edib ki, yanğın binanın içərisində olan hər şeyi məhv etməyib: foyenin bir hissəsi, texniki otaqlar və Müslüm Maqomayev muzeyinə ziyan dəyməyib.