Şəhid polkovnik-leytenant Elzamin Təhməzovun qızı Aysu Elzamin orta məktəbi buraxılış imtahanından yüksək nəticə -282 bal toplayıb. 

"Unikal" xəbər verir ki, bu barədə ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, Aysu həkim olmaq arzusundadır. 

Qeyd edək ki, Elzamin Təhməzov 2020-ci il sentyabrın 28-də Madagizin azad edilməsi zamanı şəhid olub.