Kabuslar yatırılmış mənfi emosiyaların, sağlamlıq problemlərinin fonunda, həmçinin gün ərzində alınan bütün məlumatları beynin emal etməsi səbəbindən yaranır. 

"Unikal" xəbər verir ki, bunu rusiyalı psixoloq Anna Pestryakova yerli KİV-ə müsahibəsində deyib. 

O, izah edib ki, mənfi emosiyalar yatırılırsa belə, insan qorxulu yuxular görə bilər. Bu halda pis yuxular orqanizmin stresə reaksiyasıdır. 

Həmçinin, pis yuxuların səbəblərindən biri, ekspertin fikrincə, beynin günün əvvəlində alınan bütün məlumat miqdarını emal etməsidir. Pestryakovanın sözlərinə görə, məhz yuxuda beyin alınan bütün məlumatlara qayıdır və onun qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa keçidi baş verir.

“Məsələn, gün ərzində təbii fəlakətdən bəhs edən filmə baxdınız. Filmin qəhrəmanı da sizə bənzəyirdi. Sonra siz yatmağa gedəndə beyin bu məlumatları emal etməyə başlayır, sanki tornadonun mərkəzində tutulan personaj yox, sizsiniz”, - deyə psixoloq bildirib. 

Pestryakova kabusların fizioloji səbəblərini də xatırladıb. Ekspert qeyd edib ki, bu, dərman qəbulu, depressiya, posttravmatik sindrom, fobiya və xroniki yorğunluq sindromu fonunda, eləcə də insanın uzun müddət xəstəlikdən əziyyət çəkdiyi hallarda baş verə bilər. O, tez-tez təkrarlanan yuxuları bir mütəxəssislə müzakirə etməyi tövsiyə edib. 

Gülayə Mecid