Bakıda saxlanılan narkokuryerlərdə 2 kiloqram narkotik vasitə və 830 ədəd metadon həbi aşkar olunub.
"Unikal" DİN-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Əfsun İbrahimli və İbrahim Abıyev saxlanılıblar.
Həmin şəxslərdən və mənzilləindən 2 kiloqrama yaxın marixuana, metamfetamin, psixotrop tərkibli 830 ədəd metadon həbi və narkotiklərin satışında istifadə etdikləri 2 ədəd elektron tərəzi aşkarlanıb. Dindirmə zamanı saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.