Hacı Şahin Həsənlinin sosial şəbəkələrdəki rəsmi hesabları haker hücumlarına məruz qalıb.

"Unikal" xəbər verir ki, bu barədə mərhum ilahiyyatçının feysbuk səhifəsində bildirilib.

"Artıq “Youtube” kanalımız hakerlər tərəfindən ələ keçirilib. Hazırda hücumların zərərsizləşdirilməsi istiqamətində işlər aparılır. Tezliklə ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.