Ölkənin birinci xanımına daha bir mükafat
04:17 11-04-2012
CƏMİYYƏT
Ölkənin birinci xanımına daha bir mükafat
Mehriban Əliyeva humanitar fəaliyyət sahəsində "Birliyin ulduzları" dövlətlərarası mükafatına layiq görülüb
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva humanitar sahədə fəaliyyətinə görə "Birliyin ulduzları" dövlətlərarası mükafatına layiq görülüb.
Bu barədə İTAR-TASS agentliyi MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fonduna istinadən xəbər verir.
Xatırladaq ki, bu mükafat 2009-cu ildə MDB ölkələrinin Humanitar Əməkdaşlıq Şurası və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis olunub. "Birliyin ulduzları" dövlətlərarası mükafatı hər il elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət sahəsində MDB ölkələri arasında humanitar əməkdaşlığa böyük töhfə vermiş şəxslərə təqdim olunur.
Mükafatın təntənəli təqdimetmə mərasimi aprelin 13-də, Moskvada, Rusiya Dövlət Kitabxanasının Paşkov Evində keçiriləcək. Bu il mükafatın laureatları arasında Bakulev adına Ürək-Damar Cərarhiyyəsi Elmi Mərkəzinin rəhbəri Leo Bokereya, Qırğızıstanın mədəniyyət və idman naziri İbrahim Cunusov, Qazaxıstanın Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru Seit Kaskabasov və başqaları var.
Digər Xəbərlər
2024-11-21 21:51:37
2024-11-21 20:40:28
2024-11-21 20:32:43
2024-11-21 20:22:56
2024-11-21 19:49:33
2024-11-21 19:21:58
2024-11-21 19:20:34
2024-11-21 19:02:57
2024-11-21 18:51:22
2024-11-21 18:48:47
2024-11-21 18:39:54
2024-11-21 18:17:14
2024-11-21 18:03:19
2024-11-21 17:48:13
2024-11-21 17:22:00
2024-11-21 17:10:38
2024-11-21 16:58:19
2024-11-21 16:43:15