Meğri bölgəsində baş verən qəzada Ermənistan ordusunun 4 hərbçisi ölüb, daha 20 hərbçisi yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə xəstəxananın baş həkimi açıqlayıb.
"4 qurbanımız, 20 yaralımız var. Hazırda yaralıların daşınması məsələsi ilə məşğul oluruq", - deyə xəstəxananın baş həkimi bildirib.
Məlumata görə, ölən və yaralananlar arasında həm müqaviləli, həm də məcburi hərbi qulluqçular var.
***19:25
Aprelin 12-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgərlərini aparan “Ural” markalı avtomobil dərəyə aşıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hadisə nəticəsində 4 nəfər hərbçi ölüb. Yaralılar var.
Ağarza Elçinoğlu