"Barselona"nın baş məşqçisi Xavi Ernandes Çempionlar Liqasının 1/4 finalının PSJ ilə cavab matçından sonra hakim idarəçiliyindən narazılığını bildirib.
"Unikal" xəbər verir ki, o, 1:4 hesablı məğlubiyyəti şərh edərkən matçın baş hakimi İstvan Kovaçın yanlış qərarlar verdiyini bildirib:
“Biz qəzəbliyik. Arauxonun hərəkəti qırmızı vərəqəlik deyildi. Mən belə düşünürəm. Meydanda 10 futbolçumuzun qalması bir fəlakət idi. Hakim hər şeyi məhv etdi”.
Xatırladaq ki, matçın 29-cu dəqiqəsində - "Barselona" hesabda 1:0 öndə olarkən Ronald Arauxo qırmızı vərəqə ilə cəzalandırılıb. Bundan sonra üstünlüyü ələ alan PSJ 4 qol vurub və yarımfinala yüksəlib. Komandaların Parisdəki oyunu "Barselona"nın 3:2 hesablı qələbəsi ilə başa çatmışdı.