Ermənistanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

"Bizim mübarizəmiz Ermənistan Respublikasının ərazi bütövlüyü ilə bağlıdır. Bu, yeni mərhələdir, biz 2018-ci ildən mübarizə aparsaq da, bu gün burada yeni mübarizəyə başlamaq qərarına gəldik", - deyə ictimai-siyasi xadim Vaaqn Çaxalyan etirazçıların bəyanatını bildirib. 

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan hazırda hökumətin iclasını keçirir. 

Ağarza Elçinoğlu