"Barselona"nın direktorlar şurası komandanın "Kamp Nou"ya qayıtma tarixi ilə bağlı qərar verib.
"Unikal" xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Kataloniya klubu təmir olunan arenaya 2024-cü ilin dekabr ayının 15-də qayıdacaq. Lakin həmin vaxt ümumi oturacaqların 60 faizi məhdudlaşdırılacaq.
İlkin olaraq rəhbərlik noyabrın 29-da, klubun 125 illik yubileyində “Kamp Nou”ya qayıtmağı planlaşdırsa da, daha sonra stadionun istifadəyə verilməsində tələsməmək qərarına gəlib.
Qeyd edək ki, "Barselona" "Kamp Nou"nun yenidən qurulması ilə əlaqədar 2023-cü ildən etibarən ev matçlarını Olimpiya Stadionunda keçirir.