Sumqayıtda yanğın baş verib.

FHN-dən "Unikal"a verilən xəbərə görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 4-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 12 p.m yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.