"Real Madrid" PSJ-nin fransalı futbolçusu Kilian Mbappe ilə müqavilənin şərtlərini razılaşdırıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, “Real Madrid”in şərtlərindən biri fransalı futbolçunun 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada iştirak etməməsidir. 

"Real Madrid" artıq Fransa Futbol Federasiyasına Mbappeni Oyunlara buraxmayacaqları barədə məlumat verib. Həmçinin "Los Blancos"un bütün oyunçuları Olimpiadaya gedə bilməyəcək.

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm hücumçu Fransa Liqa 1-də PSJ-nin heyətində 28 matçda 26 qola imza atıb.