Güclü səsi ilə hər zaman adından söz etdirən uğurlu sənətçi Sertab Erener illər öncə yayımladığı "Mecbursun" mahnısını yenidən ifa edib, eyni zamanda klip də çəkdirib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı Erenerin klipdəki dəyişikliyi sevənlərini heyrətə gətirib.
Əvvəlki açıqlamasında Telomer müalicəsi ilə 100 yaşa qədər yaşamağı hədəflədiyini söyləyən Erener daha gənc görünmək üçün estetik müdaxilələr edib. Üzü və göz ətrafı kifayət qədər gərgin görünən Ereneri görənlər onu Hülya Avşarla müqayisə ediblər.
Məşhur sənətçi Sertap Erener tərəfindən 100 yaşına qədər yaşamaq üçün başladığı iddia edilən telomer müalicəsi xromosomların qorunması deməkdir.