İngiltərə Premyer Liqasında 35-ci tura yekun vurulub.
"Unikal" xəbər verir ki, çempionluq mübarizəsi aparan "Mançester Siti" səfərdə "Nottingem Forest"lə qarşılaşıb. Görüş "şəhərlilər"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Coşko Qvardiol və Erlinq Holand vurub.
Günün digər oyunlarında "Bournmut" "Brayton"u 3:0, "Arsenal" "Tottenhem"i 3:2 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra xallarını 79-a çatdıran "Mançester Siti" ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 80 xalla "Arsenal" başçılıq edir.