Kəlbəcər rayonunda yük maşını aşıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qamışlı kəndi ərazisində baş verib. Qəza nəticəsində sürücü 1989-cu il təvəllüdlü Uysal Emrah hadisə yerində ölüb.

Hadisə yerinə Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.

Murad İbrahimli