İmişlidə yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə İmişli şəhəri Pənah Həsənov və Qara Qarayev küçələrinin kəsişməsində qeydə alınıb.

Qəza zamanı "VAZ-2103" markalı minik maşını və "VAZ-2109" markalı avtomobil toqquşub. Hadisə nəticəsində İmişli rayonu sakinləri - 1964-cü il təvəllüdlü Həmzəyev Cavid Ağamalı oğlu, 1983-cü il təvəllüdlü Cabbarlı Rəşad İlham oğlu, 1981-ci il təvəllüdlü Musayeva Ruhəngiz Xəlil qızı, 2018-ci il təvəllüdlü Musayev İsmayıl Niyamədin oğlu və Cəlilabad rayonu sakini - 1985-ci il təvəllüdlü Hüseynov Elçin Ağaxan oğlu xəsarət alıblar. 

Faktla bağlı araşdırma aparılır.