Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib.

Bu barədə "Unikal"a Müdafiə Nazirliyindən bildirilib.

Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçularımız həkimlərimizin nəzarəti altındadır.

Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

***

13:22

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də olan 5 nəfər xəsarət alıb.

Yaralı hərbçilər xəstəxanaya yerləşdirilib.

Murad İbrahimli