Çində 86 yaşlı kişi tələbəlik illərində tanış olduğu ilk sevgilisi ilə evlənib. 

"Unikal" xəbər verir ki, Çjou Quilin Pekin Universitetinin hüquq fakültəsinin tələbəsi olub. Orada o, Yang Xiugui ilə tanış olub.  Onlar münasibətə başlayıblar, lakin məzun olduqdan sonra gənclər ayrılıblar. 

Çjou məmləkətində məktəb qurub və həyatını təhsilə həsr edib. Zaman ərzində o və Yang Xiugui öz ailələrini qurublar.

Cütlük həyat yoldaşlarının ölümündən sonra yenidən bir araya gəlib və  evləniblər. Onların toyunda yalnız yaxın dostlar və qohumlar iştirak edib.