Bu yaxınlarda 100 yaşı tamam olan Dağıstan sakini "Rusiya Qəhrəmanı" adını alıb. 

"Unikal" xəbər verir ki,  bu barədə Dağıstanın rəhbəri Sergey Melikov "Telegram"da məlumat yayıb. 

Onun sözlərinə görə, bu adı ona Rusiya prezidenti Vladimir Putin verib.

İbrahim-Paşa Sadıqov Böyük Vətən Müharibəsi veteranıdır. Melikov qeyd edib ki, o, həmin illərdə göstərdiyi şücaət və qəhrəmanlığa görə təltif edilib.