Qütb bölgəsində dənizdə yaşayan balıqla donmadan necə sağ qalır? 

"Unikal" bunun səbəbini təqdim edir:

 Balıq qanının donma nöqtəsi

Şimal Buzlu Okeanında balıqların niyə donmadığını araşdıran elm adamları, sıfırın altındakı temperaturda qan axını təmin edən təbii antifrizin necə işlədiyini kəşf ediblər. Arktikada suyun temperaturu il ərzində kifayət qədər sabit -1,89 dərəcədir, dəniz suyunun donma nöqtəsinə yaxındır.

Ancaq balıqların qanının donma nöqtəsi isə təxminən -0,89 dərəcədir. Balıqlar qanlarında donmağa qarşı qoruyan zülal sayəsində hərəkətə davam edə bilirlər.

Molekullar zülalların yanında yavaşlayır

Tədqiqatçılar zülal varlığında su molekullarını araşdırmaq üçün terahertz spektroskopiyasından (fiziki sınaq vasitəsi) istifadə ediblər. Onlar zülalın yaxınlığında normalda rəqs edən, əlaqə yaradan və qıran su molekullarının yavaşladığını aşkar ediblər.

Zərifə Nağıyeva