Aprelin 6-da Ankarada motosiklet qəzası nəticəsində ağır yaralanan Sudan prezidenti Əbdülfəttah əl-Burhanın oğlu Mohamed A. Fəttah əl-Burhan Rahman müalicə aldığı xəstəxanada 1 ay sonradünyasını dəyişib.

"Unikal" xəbər verir ki, Mohamed Əbdülfəttah el-Burhan Rahman aprelin 6-da axşam saatlarında Gölbaşı mahalı, Kızılcaşar rayonu, Kiraz bulvarında motosikletlə avtomobilə çırpılıb. Toqquşmanın təsirindən yerə yıxılan Mohamed Əbdülfəttah ağır yaralanıb.

Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə Bilkent Şəhər Xəstəxanasına çatdırılan əl-Burhan Rəhman xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Təxminən bir aya yaxındır sağalmaq üçün mübarizə aparan Sudan prezidentinin oğlu bu gün dünyasını dəyişib. Onun ölüm xəbəri Sudan prezidentinə və ailəsinə çatdırılıb.

Nuranə Abbasova