Türkiyə Silahlı Qüvvələrinin hərbçisi İraqın şimalında şəhid olub.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən gün "Pəncə-Kilid" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanaraq xəstəxanaya yerləşdirilib.
Onun həyatını xilas etmək mümkün olmayıb və hərbçi bu gün şəhid olub.