Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, nazir qırmızı işıqda keçən velosipedçini vurub.
Velosipedçi xəstəxanaya yerləşdirilib.Onun kəllə-beyin travması aldığı ehtimal edilir.
Bruno Le Maire spirtli içki və narkotik testindən keçib və hər iki testin nəticəsi mənfi olub.