İsmayıllıda yaşayış evi tamamilə yanıb.
"Unikal" xəbər verir ki, yanğın ötən gecə saatlarında şəhərin 16-cı məhəlləsi ,1988-ci il təvəllüdlü Abbasov Kamran Məzahir oğluna məxsus yaşayış evində baş verib. Hadisə yerinə İsmayıllı DYMH-nin texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 72 k/m olan bir mərtəbəli, kürsülü fərdi yaşayış evi içərisində olan əşyalarla birlikdə tamamilə yanlb. Yanğın zamanı xəsarət alan olmayıb.
Seymur Əli