Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb.
"Unikal" xəbər verir ki, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.
Zəhərlənmə əlamətləri ilə müraciətlər davam etməkdədir.
*** 23:08
Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb.
"Unikal" xəbər verir ki, qidadan zəhərlənmə şübhəsi ilə 27 nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.
*** 21:50
Bu gün saat 17:40-dan başlayaraq qidadan zəhərlənmə şübhəsilə 15 nəfər (10 qadın cinsli, 5 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
"Xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir", - məlumatda qeyd olunub.
***21:33
Zaqatalada dönərdən zəhərlənənlərin sayı 15-ə çatıb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, zəhərlənən şəxslər Zaqatala RMX-a daxil olub.
Müraciət edənlərdən labarator müayinələr üçün müvafiq nümunələr götürülüb.
Daxil olan 15 nəfərdən 5-i azyaşlıdır.
*** 20:47
Zaqatalada dönərdən zəhərlənənlərin sayı 10-u keçib.
"Unikal"ın apa-ya istinadən məlumatına görə, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.
Zəhərlənənlər arasında tələbələr də var.
Qeyd olunub ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.
Əldə olunan məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.
Faktla bağlı müvaviq qurumlar tərəfindən araşdırmalara başlanılıb.