Qaxda yük və minik avtomobilləri toqquşub.

"Unikal" xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Qaxdan Şəki istiqamətində hərəkət edən Şahin İsmayılovun idarə etdiyi yük avtomobili ilə Şəkidən Balakən istiqamətində hərəkətdə olan Balakən sakini Mahir Bazarovun sükanı arxasında olduğu minik maşını toqquşub. Nəticədə minik avtomobilində olan sərnişinlər yüngül xəsarət alıblar. Onlara hadisə yerinə çağrılmış Təcili Tibbi Yardım həkimləri tərəfindən ambulator yardım göstərilib və evə göndəriliblər.

Seymur Əli