Sumqayıtda piyadanın ölümü ilə nəticələnən avtoqəza baş verib.

"Unikal" xəbər verir ki, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Aydan Cabir qızı Əbilovanı “Chevrolet Crouse” marakalı avtomobil vurub. Hadisəni törədən sürücü piyadanı xəstəxanaya çatdırsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.