Goranboyda minik maşını ilə yük maşını toqquşub.
"Unikal"ın məlumatına görə, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınan hadisədə bir nəfər ölüb.
Hərəkətdə olan "Nissan" markalı minik maşını arxadan yük maşına çırpılıb. Qəza zamanı 1984-cü il təvəllüdlü Ülvi Mürşüdov hadisə yerində ölüb.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
Tural Əhmədov